Kamal Umudlu "Dinamo"nun oyununu idarə edəcək

23.11.2026 15:38 18
Ölkə futbolu
FİFA referisi Kamal Umudlu UEFA-dan daha bir təyinat alıb.

"Football-plus.az" xəbər verir ki, o, UEFA Gənclər Liqasının Çempionlar yolunun üçüncü raundunda keçiriləcək “Dinamo” (Xorvatiya) – “Benfika” (Portuqaliya) oyununu idarə edəcək.

Kamal Umudluya Namiq Hüseynov və Rəhman İmami kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə xorvatiyalı Filip Draqaşeviç yerinə yetirəcək.

Noyabrın 25-də Xorvatiyanın Zapreşiç şəhərində keçiriləcək görüş Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.