Millimiz seçmə mərhələdə ilk xalını qazandı - AÇ

17.11.2026 17:20 0
Ölkə futbolu
U-17 millimiz Avropa çempionatının seçmə mərhələsinin 1-ci raundunda növbəti oyuna çıxıb.

"Football-plus.az" xəbər verir ki, komandamız Litva ilə qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1. Yığmamızın heyətində 65-ci dəqiqədə Rəsul Balakişiyev fərqlənib.

U-17 bundan əvvəl Almaniyaya 0:7, Şimali İrlandiyaya isə 0:4 hesabıyla uduzub.

Millimiz hazırda qrupda 1 xalla sonuncu sıradadı.