Tomas Frank yenidən İngiltərə premyer-liqasında işləyəcək.
“Kristal Pelas” onun baş məşqçi vəzifəsinə təyinatını rəsmən açıqlayıb. 53 yaşlı danimarkalı mütəxəssislə imzalanan müqavilənin müddəti 2029-cu ilin yayına qədər nəzərdə tutulub.
Frank baş məşqçi vəzifəsində noyabrın 12-də istefaya göndərilən fransalı Pyer Sajı əvəzləyib. “Kristal Pelas” hazırda premyer-liqada 10 turdan sonra 7 xal toplayaraq turnir cədvəlində sonuncu – 20-ci yeri tutur.
Qeyd edək ki, Frank bundan əvvəl Danimarkanın “Brondbü”, İngiltərənin “Brentford” və “Tottenhem” klublarında işləyib.
Premyer-liqada ona yenidən ehtiyac duyuldu
Dünya futbolu




