Arda Gülərin “Real”dakı maaşı bəlli oldu

19.07.2023 17:33 428
Dünya futbolu
İlk gündən Karlo Ançelottinin rəğbətini qazanmağı bacaran və Braim Dias ilə birlikdə “Real”ın məşqlərində ən çox diqqəti çəkən iki futbolçudan biri olan Arda Gülərin illik maaşı bəlli olub.

"Football-plus.az" xəbər verir ki, 18 yaşlı futbolçu ötən mövsüm “Fənər”də illik cəmi 350 min avro qazanırdı. Amma İspaniya mətbuatının yazdığına inansaq, Arda “Real”da bonuslardan əlavə illik 8 milyon avro qazanacaq.

Yəni ötən illə müqayisədə onun qazancı ən azı 23 dəfə artacaq.