Cüdoçumuz Kənan Nəsibov (+100 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən 'Qran-Pri" turnirinin qalibi olub.
"Football-plus.az" xəbər verir ki, turnirdə 4 qarşılaşmada qalib gələn Nəsibov həlledici görüşdə almaniyalı Losseni Koneni üstələyib.
Bununla da, o, Zaqreb "Qran-Pri"sini 2-ci dəfə qalib kimi başa vurub. Kənan Nəsibov ilk dəfə 2025-ci ildə Zaqreb "Qran-Pri"sinin qalibi olub.
Eyni çəki dərəcəsində mübarizə aparan digər təmsilçimiz Uşanqi Kokauri isə yarımfinalda aldığı zədə səbəbindən bürünc medal görüşünə çıxmayıb və turniri beşinci yerdə tamamlayıb.
Cüdoçunuz Zaqrebdə çempion oldu
İdman




