''Real''ın Arda Gülər ilə bağlı yeni planının olduğu üzə çıxıb. Rəhbərlik türkiyəli ulduzun komandaya bağlılığını peşəkarlığını və potensialını nəzərə alaraq onu mükafatlandırmaq qərarına gəlib.
İspaniyanın ''As'' nəşrinin yazdığına inansaq, Madrid nəhəngi Arda Gülərin müqaviləsini yeniləmək qərarına gəlib. 2023-cü ildə ''Fənərbaxça''dan transfer edilən 21 yaşlı yarımmüdafiəçi ilə həmin vaxt 6 illik müqavilə imzalanmışdı. Yəni onun klubla indiki anlaşması 2029-a qədərdi. ''Real'' həm bu müddəti 2031-ə qədər yeniləmək, həm də ulduz futbolçunun maaşını artırmaq niyyətindədi.
Ardanın indiki həftəlik qazancı 100 min avro, illik maaşı isə 5,2 milyon avrodu. Amma onun yeni anlaşmaya görə nə qədər qazanacağı barədə məlumat verilmir. Ardanın bu mövsüm Joze Mourinyonun oyun sistemində mühüm yer tutacağı və baş məşqçinin ona böyük etimad göstərəcəyi gözlənilir.
Türkiyə yığmasının üzvü indiyə qədər İspaniya karyerasında meydana çıxdığı 116 rəsmi oyunda aktivinə 19 qol, 26 məhsuldar ötürmə yazıb.
''Real''dan Arda Gülər ilə bağlı yeni qərar
Dünya futbolu






