AFFA rəhbərliyi İqor Ponomaryovu təbrik etdi

24.02.2025 15:54 314
Ölkə futbolu
AFFA rəhbərliyi veteran futbolçu, Olimpiya çempionu, hazırda "Sabah"ın idman direktoru olan İqor Ponomaryovu 65 illik yubileyi münasibətilə təbrik edib.

"Football-plus.az" xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahangir Fərəcullayev İqor Ponomaryovla görüşüblər, ona cansağlığı və uğurlar arzulayıblar.

Həmçinin onlar bu münasibətlə veteran futbolçuya xatirə hədiyyəsi təqdim ediblər.