Xəbər verdiyimiz kimi, Berlində keçirilən konqresdə AFFA FİFA rəhbərliyində islahat aparılması ilə bağlı çağırışı dəstəkləməyən yeganə UEFA üzvü olub. Belə ki, UEFA və milli federasiyalar FİFA rəhbərliyində islahatların aparılması ilə bağlı ümumi mövqeyə gəlsə də, AFFA bu təşəbbüsü dəstəkləməyib. Milli assosiasiyalar isə beynəlxalq qurumun hazırkı rəhbərliyinə etimadın itdiyini bir daha vurğulayıblar.
AFFA-nın bu barədə mövqeyini öyrənmək üçün federasiyasının mətbuat xidmətinin rəhbəri Aida Əliyevaya müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Bu məsələ ilə bağlı hələ hansısa rəsmi mövqeyimiz yoxdu. Hər hansı yenilik olarsa, bu barədə açıqlama verəcəyik”.
Qeyd edək ki, UEFA hazırda FİFA-ya futbol dünyasında etimad qazanan, müxtəlif regionları birləşdirə bilən, strateji baxışa və idarəçilik təcrübəsinə malik yeni rəhbərliyin lazım olduğunu vurğulayır.
KƏNAN BAHADIR
Niyə yalnız AFFA İnfantinonu dəstəklədi? – federasiya rəsmisinin cavabı
Ölkə futbolu / Manşet






