Bu gün yığmada 20 illik macərasına son qoyur

2.10.2026 20:20 27
Dünya futbolu
Gözlənildiyi kimi, Edin Ceko Bosniya və Hersoqovina yığmasındakı karyerasını başa vurur.

"Football-plus.az" xəbər verir ki, indiyədək 151 dəfə milli formanı geyən 40 yaşlı hücumçu bu gün İsveçlə oyunda sonuncu dəfə meydana kapitan kimi çıxacaq. Matç Zenitsadakı “Bilino Polye” stadionunda keçiriləcək. Ceko sosial şəbəkədə yaydığı vida mesajında milli komandanı təmsil etməyin onun üçün uşaqlıq arzusu olduğunu bildirib.

Edin Bosniya və Hersoqovina komandasının tarixində ən çox qol vuran futbolçudu. O, həmçinin ölkəsinin 2014-cü ildə ilk dəfə dünya çempionatına vəsiqə qazanmasında əsas rol oynayıb. İsveçlə oyundan sonra Ceko üçün xüsusi vida mərasimi keçiriləcək. Azarkeşlər 11-ci dəqiqədə onun milli komandada geydiyi “11” nömrəli formaya həsr olunmuş xüsusi xoreoqrafiya hazırlayacaq.

Xatırladaq ki, Ceko milli komandada 20 ilə yaxındı çıxış edib. O, 2007-ci ildən indiyədək milli formada 73 qol vurub.