Maurisio Poçettino yenidən premyer-liqada işləyəcək.
"Football-plus.az" xəbər verir ki, “TalkSPORT”un jurnalisti Aleks Krukun yaydığı məlumata görə, Maykl Karriki istefaya göndərməyə hazırlaşan “Mançester Yunayted”i ABŞ yığmasının baş məşqçisi çalışdıracaq. Tərəflər artıq təyinatla bağlı prinsipial razılığa gəliblər. MY onun üçün ABŞ Futbol Federasiyasına 10 milyon dollar təzminat ödəməlidi.
Yeri gəlmişkən, MY hazırda İngiltərə premyer-liqasında 10 turdan sonra 8 xalla 18-ci yeri tutur. Xatırladaq ki, Poçettino İngiltərədə “Sauthempton”, “Tottenhem” və “Çelsi”ni çalışdırıb.
Yenidən premyer-liqada işləyəcək
Dünya futbolu





