Kerrik 2-ci divizionda işləyəcək

22.10.2022 22:49 354
Dünya futbolu
Maykl Kerrikin yeni iş yeri müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, “Mançester Yunayted”in sabiq oyunçusu və məşqçisi İngiltərə çempionatının 2-ci divizionunda işləyəcək.

O, “Midlsbro”dan aldığı təklifi qəbul edib. Kerrik oktyabrın 3-də istefaya göndərilən Kris Uaylderin yerini tutacaq. “Midlsbro” çempionşip adlandırılan liqada 15 oyuna 16 xalla 20-ci yeri tutur.