Ture yenidən premyer-liqada

28.07.2022 22:50 427
Dünya futbolu
Yaya Ture yenidən İngiltərə premyer-liqasında işləyəcək.

Ötən il “Axmat”ın (Rusiya) məşqçilər korpusunu tərk edən 39 yaşlı mütəxəssis “Tottenhem”in dəvətini qəbul edib. O, London klubunun akademiyasında məşqçilik edəcək. Xatırladaq ki, sabiq yarımmüdafiəçi vaxtilə İngiltərədə 8 il (2010-18) “Mançester Siti”nin formasını geyib.