Sautqeyt premyer-liqada işləyəcək?

25.09.2024 19:35 128
Dünya futbolu
Bu yay İngiltərə yığmasından ayrılan Qaret Sautqeyt tezliklə yeni təyinat ala bilər.

Yerli mənbələr onun “Everton”a təyin olunacağını iddia edir. Bu komanda hazırda premyer-liqada 5 oyuna 1 xalla 19-cu yeri tutur. Uğursuz starta görə Şon Dayçın baş məşqçi vəzifəsindən qovulması gözlənilir.

Xatırladaq ki, Sautqeyt 2016-cı ildən bu ilə qədər çalışdırdığı İngiltərə yığmasını AÇ-2020 və AÇ-2024-ün finalına çıxarıb.