Bilindiyi kimi, Harri Keyn bu il “Qızıl top”un qalibi olub.
"Football-plus.az" xəbər verir ki, “France Football” nəşrinin keçirdiyi sorğunun nəticələri Fransa polisinin diqqətini cəlb edib. Hüquq-mühafizə orqanı müsabiqənin nəticələri ilə bağlı şübhəli mərc fəaliyyətini araşdırır.
Məsələ ondadı ki, “Polymarket” platformasında 12 hesab kişi futbolçular arasında səsvermənin ilk “5-liy”ini dəqiq proqnozlaşdırıb. “The Athletic”in yaydığı məlumata görə, həmin hesablardan ümumilikdə 250 min avro mərc edilib, qazanc isə təxminən 200 min avro olub. Hüquq-mühafizə orqanları bu fəaliyyətin məxfi məlumatlardan istifadə ehtimalı ilə bağlı şübhələr yaratdığını bildirib. “France Football” mükafatın nəticələri açıqlanmazdan əvvəl şübhəli mərc fəaliyyəti barədə məlumatlandırılıb. Təşkilatçı qurum məsələnin araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət edib.
Xatırladaq ki, jurnalistlər arasında eçirilən sorğuda Keyndən sonrakı yerləri Kilian Mbappe, Lamin Yamal, Rodri və Lionel Messi tutublar.
Fransa polisi “Qızıl top”la bağlı nəyi araşdırır?
Dünya futbolu




