Dembelenin aqibəti necə olacaq?

12.11.2026 17:26 0
Dünya futbolu
Usman Dembele PSJ-də daha uzun müddət çıxış edəcək.

"Football-plus.az" xəbər verir ki, hücumçu Fransa klubu ilə yeni müqavilə imzalamağa yaxındı. 29 yaşlı futbolçunun 2028-ci ilin yayına qədər qüvvədə olan sözləşməsinin müddətini daha 2 il uzadılacaq. Tərəflər arasında danışıqlar artıq son mərhələdədi.

Dembele PSJ-də 2023-cü ildən çıxış edir. O, Paris klubu ilə Fransa çempionatı, ölkə kuboku və Çempionlar Liqasının qalibi olub. Usman 2025-ci ildə “Qızıl top” mükafatına layiq görülüb.