Poqba qardaşları arasında böyük qalmaqal

30.08.2022 13:10 341
Dünya futbolu
Poqba qardaşlarının arası dəyib. Məsələ çox ciddidi və Fransa polisi artıq təhqiqata başlayıb.

Football-plus.az xəbər verir ki, bu yay “Mançester Yunayted”dən “Yuventus”a qayıdan Pol Poqba avqustun 28-də şantajın qurbanı olduğunu bəyan edib. Bir gün əvvəl onun kiçik qardaşı Matia sosial şəbəkələrdə videomüraciət yayıb. Pol kimi futbolçu olan Matia qardaşı və onun agenti Rafaele Pimentenin fəaliyyəti ilə bağlı maraqlı məlumatlara malik olduğunu bildirib. O, “Yuventus” və bu klubun sponsorlarını bəzi gizli məlumatlardan xəbərdar edəcəyini bildirib. Matianın bu açıqlaması hüquq-mühafizə orqanlarını hərəkətə keçirib. Məhkəmə Mərkəzi İdarəetmə Polisi dərhal təhqiqata başlayıb.

Qeyd edək ki, Matia açıqlamsında Kilian Mbappenin də adını çəkilib. Başqa sözlə, iddiasına görə, onda PSJ-nin hücumçusu ilə bağlı məxfi material(lar) var. Pol qardaşının açıqlamasına belə reaksiya verib:

“Matianın videomüraciəti, təəssüf ki, mənim üçün gözlənilməz olmadı. O, mütəşəkkil cinayətkar qruplaşma ilə birlikdə şantaj yolu ilə istəyinə çatır. Bir ay əvvəl müvafiq orqanlar bu barədə məlumatlandırılıb. Təhqiqat aparıldığı üçün məsələ ilə bağlı başqa şərh verməyəcəyəm”.