Bir neçə gün əvvəl “Qızıl top” mükafatına layiq görülən Harri Keynin idmançı həyatında daha bir əhəmiyyətli hadisə baş verib. O, klubu ilə yenidən anlaşıb.
İngilis hücumçu “Bavariya” ilə müqaviləsini yeniləyib. Münhen klubunun rəsmi saytının məlumatına görə, yeni müqavilənin müddəti 2029-cu il iyunun 30-dək nəzərdə tutulub. Harrinin Avropanın ən yüksək ödənişli futbolçusu olduğunu da qeyd edək.
“The Athletic” nəşrinin məlumatına görə, onun yeni müqavilə ilə alacağı maaş “Bavariya” tarixinə rekord kimi düşəcək. Bu da onu Avropanın ən çox qazanan futbolçusuna çevirəcək. Xəbərdə Keynin illik maaşının təxminən 25 milyon avro olduğu qeyd edilib.
“Bavariya”ya 2023-cü ilin yayında keçən İngiltərə yığmasının kapitanı ötən müddətdə iki dəfə bundesliqanın qalibi olub, Almaniya kubokunu və iki dəfə Almaniya superkubokunu qazanıb. Keyn indiyədək “Bavariya”nın heyətində keçirdiyi 161 oyunda 156 qol vurub. O, həm ölkə daxilində, həm də Avropa arenasında bir sıra rekordlara imza atıb.
İndi Avropada Keyn qədər maaş alan yoxdu
Dünya futbolu





