"Turan" qrup mərhələsinə yüksələ bilər - Çempionlar Liqası

10.11.2026 10:48 0
İdman
Qadın voleybolçulardan ibarət "Turan" bu gün CEV Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu 3-cü təsnifat mərhələsinin cavab qarşılaşmasında Bolqarıstan təmsilçisi "Maritsa"nı qəbul edəcək.

Tovuz Olimpiya İdman Kompleksində keçiriləcək görüş saat 18.00-da başlayacaq.

Komandalar arasında Bolqarıstanda keçirilən ilk oyunda "Turan" 3:0 hesabı ilə qalib gəlib. Tovuz klubu bugünkü qarşılaşmasında da qələbə qazansa, CEV Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə əldə edəcək.