''Cim-Bom''da keçirdiyi 13 rəsmi oyuna 6 qol, 4 məhsuldar ötürmə sığdırmaqla bütün diqqətləri üzərinə çəkən 21 yaşlı yarımmüdafiəçi əzəli rəqib ''Fənərbaxça''ya söz atıb:
''Qalatasaray''ın heyətinin bu qədər ulduzlarla bol olması məni təəccübləndirdi. Amma hər kəslə rahat şəkildə ünsiyyət qurmaq mümkündü. Bura gəlmədən öncə məni ən çox narahat edən məsələ komandaya uyğunlaşmaq idi. Bu prosesin nə qədər çəkəcəyini, nə dərəcədə çətin olacağını bilmirdim. Amma Osimhen, Leao və digər ulduzlarla heç bir problem yaşamadım. Heç bir mənfi olayla qarşılaşmadım. Türkiyə çempionatına əsasən karyerasının qürub çağını yaşayan futbolçuların gəlməsi fikri ilə razı deyiləm. Bəlkə də Salah üçün bunu demək olar. Amma Osimhen üçün bu fikri qətiyyən demək olmaz. ''Qalatasaray''ın orta yaş həddi heç də yüksək deyil. Bəlkə də ''Fənərbaxça''da yaşlı oyunçular daha çoxdu. Amma bizdə durum fərqlidi. Salah ''Trabzonspor''da dərhal səviyyəsini göstərməyə başladı. İndidən qollar vurmağa, komandasına ciddi fayda verməyə başlayıb''.





