"Turan Tovuz"un qapıçısı milliyə dəvət aldı

10.11.2026 19:15 0
Ölkə futbolu
“Turan Tovuz”un qapıçısı Oleq Baklov Tacikistan millisinin heyətinə dəvət olunub.

"Football-plus.az" xəbər verir ki, bu barədə klub məlumat yayıb. 32 yaşlı qolkiper baş məşqçi İqor Angelovski tərəfindən “King’s Cup 2026” beynəlxalq turniri üçün yekun heyətə daxil edilib.

Tacikistan millisi noyabrın 14-dən 19-dək Tailandın Sisaket şəhərində keçiriləcək turnirdə iştirak edəcək.