Tanınmış futbolçu bu dəfə də yığma komandadan kənar qalıb. Serbiyanın baş məşqçisi Velko Paunoviç Vlahoviçin şəxsi səbəbləri əsas gətirərək yığmanın düşərgəsinə gəlmədiyini bildirib:
''Vlahoviç mənə həll etməli olduğu şəxsi bir probleminin olduğunu söylədi. Yalnız onu deyə bilərəm ki, onun əvəzindən danışmağım doğru olmaz. Cavab verməyə hazır olub-olmadığını ondan soruşmalısız. Onun olmaması əlbəttə ki, bizim üçün ciddi itkidi. Amma digər tərəfdən başqa futbolçular üçün yığma komandaya olan sədaqətlərini, bağlılıqlarını, eləcə də hansı durumda olduqlarını göstərmək baxımından əla fürsətdi''.
Vlahoviç Türkiyədə oynamağa başladıqdan bu yana ikinci dəfə yığmadan kənar qalıb. Sentyabr və oktyabrdakı oyunlarda o, zədə üzündən yığmanın düşərgəsinə yollanmamışdı. Serbiya bu dəfəki ''pəncərədə'' Millətlər Liqasında Almaniya və Yunanıstan ilə qarşılaşacaq.
''A Spor'' kanalının paylaşdığı məlumata görə Vlahoviç yaranmış fasilədən istifadə edərək fiziki durumunu yaxşılaşdırmaq istəyir. O, fərdi məşqçisini və fizioterapevtini İstanbula çağırıb. Fərdi məşqlərlə yanaşı o, ''Beşiktaş''ın məşqlərində də iştirak edəcək. 26 yaşlı futbolçu indiyə qədər Türkiyə karyerasında iştirak etdiyi 14 oyunda aktivinə 9 qol, 1 məhsuldar ötürmə yazıb.





