Birinci dövrəni 3-cü yerdə başa vuran tovuzlular əslində 2-ci yerə şərikdi. 6-cı turda “Zirə”ni 1:0 hesabı ilə məğlub edən “bozqurd” 9-cu turda “Neftçi” ilə heç-heçə edib, ardından “Sabah”ı 3:2, “Qarabağ”ı 1:0 hesabı ilə üstələyib.
Belə görünür ki, komanda formasının zirvəsinə dövrənin sonunda çatıb? Tovuzda artıq çempionluq xəyalları qururlarmı?
“Football-plus.az” bu suallara cavab tapmaq üçün “Turan Tovuz”un məşqçisi Yunis Hüseynovla əlaqə saxlayıb:
"Hazırda çempionatımızda zəif komanda yoxdu. Hər bir komanda meydana yüksək motivasiya ilə çıxır və mübarizə aparır. Özünüz də bilirsiz ki, çempionatımız hazırda çox gərgin keçir. Biz də hər matça yüksək motivasiya ilə çıxır, rəqibi ətraflı təhlil edir, oyunumuzu onun taktikasına uyğun qururuq. Əlbəttə, hədəfimiz mükafatçı yerlərdən birini tutmaqdı. Bunun üçün hər qarşılaşmada qələbə qazanmağa çalışmalıyıq. Komandaları güclü və ya zəif deyə ayırmazdım. Hər oyun bizim üçün mühüm əhəmiyyət daşıyır və hər görüşə qələbə əzmi ilə çıxmalıyıq.
“Turan Tovuz”un əsas məqsədi gələcəkdə turnir cədvəlinin yüksək pillələrindən birində qərarlaşmaqdı. İnanıram ki, sərgilədiyimiz yaxşı oyun sayəsində arzumuz reallaşacaq və azarkeşlərimizi sevindirəcəyik".
“Turan Tovuz”un əsas məqsədi gələcəkdə turnir cədvəlinin yüksək pillələrindən birində qərarlaşmaqdı. İnanıram ki, sərgilədiyimiz yaxşı oyun sayəsində arzumuz reallaşacaq və azarkeşlərimizi sevindirəcəyik".
İSRAYIL XEYRULLAYEV





