''Beşiktaş'' Almaniyaya əsas ulduzu olmadan yollandı

14.10.2026 18:54 27
Dünya futbolu
''Beşiktaş'' cümə axşamı Avropa Liqasında liqa mərhələsinin 1-ci turunda ''Hoffenhaym''ın qonağı olacaq. Bu önəmli qarşılaşma öncəsi ''qartal'' əsas qol silahı Duşan Vlahoviçi itirib.

Serbiyalı ulduzun dünənki məşqdə iştirak etməməsi diqqət çəkmişdi. Sonradan Türkiyə mənbələri bu futbolçunun mədəsində problemlər olması haqda xəbərlər yaymışdı. Tibbi personal ona müəyyən dərmanlar və ağrıkəsicilər vermişdi. Bununla belə Vlahoviçin Almaniyaya aparılacağı və hətta start heyətində yer alacağı güman edilirdi. Amma bu proqnoz doğru çıxmayıb.

Vlahoviçin mədəsindəki problem gözləniləndən ciddi imiş. Belə ki, ünlü forvard iştirak ərizəsinə salınmayıb və komanda səfərə onsuz yollanıb. Qeyd edək ki, Vlahoviç bu mövsüm 8 rəsmi oyunda 6 qol vurub. Vinçentso İtalyanonun bu oyunda heyətdə rotasiya edəcəyi və Orkun Kökçünün ehtiyatda qalacağı istisna edilmir.

''Beşiktaş''ın Almaniya təmsilçilərinə qarşı son 5 oyunun hamısında, ümumilikdə isə 14 oyunun 11-də uduzduğunu bildirək (2 qələbə, 1 heç-heçə).