Millidə MOİK-in yox, "Sabah"ın qapıçısı forma geyəcək

10.11.2026 14:27 0
Ölkə futbolu
Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət millimizin heyətində dəyişiklik olub.

"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.

MOİK-in qapıçısı Elbrus Kərimovun əvəzinə “Sabah”ın qapıçısı Rüstəm Yarəhmədov kollektivə cəlb olunub.

U-20 noyabrın 15-dək Qəbələdə, ayın 16-dan 21-dək Bakıda təlim-məşq toplanışında olacaq.