Sona 5 tur qalmış 14 xal öndə olan komanda çempion ola bilmədi!

10.11.2026 11:33 0
Dünya futbolu
Çin superliqası böyük auditoriyaya malik olmasa da, bu turnirdə yenicə başa çata mövsüm bəlkə də futbol tarixinin ən unudulmaz olaylarından birinə səhnə oldu.

Avstraliyalı mütəxəssis Con Aloizinin çalışdırdığı ''Çendu Junçen'' uğurlu mövsüm keçirərək qısa tarixinin ilk çempionluğuna doğru şığıyırdı. Sona 5 tur qalmış bu komanda ən yaxın rəqibi ''Dalyan İnbo''nu 14 xal qabaqlayırdı. Həmin vaxt komandanın çempionluq şansı 99 faiz qiymətləndirilirdi.

Titul qazanmaq üçün qalan 15 xalın ən azı 2-ni toplamaq tələb olunurdu. 26-cı turdakı qolsuz bərabərlikdən sonra ''Çendu''dan qalan 4 turda 1 toplamaq tələb olunurdu. Amma komanda inanılmaz şəkildə 27-ci turda evdə 0:1, 28-ci turda səfərdə 0:3, 29-cu turda evdə yenə də 0:1 məğlub oldu. Son turda ''Şandun Tayşan'' ilə səfər oyununda da 1 xal qazanmaq mümkün olmadı və komanda 2:3 məğlub oldu.

Son 5 turda 15 xal qazanan və mövsümün hər iki oyununda ''Çendu Junçen''i məğlub etdiyi üçün şəxsi oyunlarda üstün olan ''Dalyan İnbo'' inanılmaz şəkildə tarixinin ilk çempionluğunu qazandı.

Aloizi həmyerlisi Kevin Muskatın uğurunu davam etdirə bilmədi. Belə ki, son iki mövsümdə digər avstraliyalı Muskatın çalışdırdığı ''Şanxay Port'' çempion olmuşdu.