“Sumqayıt”ın iki legioneri beynəlxalq oyunlar üçün milli komandalarına çağırılıb.
"Football-plus.az" xəbər verir ki, yarımmüdafiəçi Sedrik Badolo Afrika Millətlər Kubokunun təsnifat mərhələsində Mavritaniya ilə keçiriləcək matçlar üçün Burkina-Faso yığmasına cəlb olunub.
Müdafiəçi İmani Barker isə CONCACAF Millətlər Liqasının B Liqasında Kayman Adaları və Puerto Riko ilə qarşılaşmalar üçün Qana millisinin heyətinə dəvət alıb.
"Sumqayıt"ın iki legioneri milliyə dəvət aldı
Ölkə futbolu





