Yenidən sıradan çıxdı

5.10.2025 13:30 2
Dünya futbolu
Lamin Yamal yenidən zədələnib.

“Barselona”nın mətbuat xidmətinin məlumatına görə, yeniyetmə futbolçunun qasıq nahiyəsində problem aşkarlanıb. Həkimlərin rəyinə əsasən, Yamalın bərpa müddəti təxminən 2-3 həftə çəkəcək.

Xatırladaq ki, “Barselona”nın yetirməsi olan Lamin yenicə sıraya dönmüşdü. O, bu mövsüm 5 rəsmi oyunda iştirak edib, 2 qol vurub və 4 məhsuldar ötürmə edib.