Toral fasilədə əvəzləndi, komandası uduzdu

22.08.2026 07:00 4
Dünya futbolu
Türkiyənin 1-ci liqasında 3-cü turun oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Toral Bayramovun da formasını geydiyi “Bursaspor" “Karagümrük”un qonağı olub. Görüşdə meydan sahibləri qələbə qazanıb - 2:1.

Meydana start heyətində çıxan Toral ilk hissədən sonra əvəzlənib. Millimizin üzvü 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalanıb.

Mövsümdə ilk məğlubiyyətini alan "Bursaspor" 3 turdan sonra 6 xalla 3-cü pillədə qərarlaşıb.