“Football-plus.az” xəbər verir ki, buna komandanın evdə keçirilən 7-ci tur matçında “Erokspor”la heç-heçə etməsi (2:2) səbəb olub. “Yaşıl timsahlar” bu oyunda qalib gəlsə, xallarının sayını 18-ə çatdıracaq, 16 xalla birinci sırada yer alan “Kayserispor”u geridə qoyacaqdı.
Oyundan sonra Bursanın yerli idman mətbuatında tənqidi yazılar dərc edilib. Qınaq obyektinə çevrilənlər sırasında Toral da olub. “Depohaber.com.tr” nəşrinin bursalı yazarı Tolqay Ataokay həmyerlimiz haqda bunları yazıb:
“Toral Bayramov “Bursaspor”da indiyə qədər nəyi bacarıb ki, belə vacib oyunda meydana çıxır? O, hücuma hansı faydanı verib? Ofsaydın qeydə alındığı epizod istisna olmaqla hər fürsətdə hücumların inkişaf etməsinə mane oldu, komandanın potensialına mənfi təsir göstərdi. Baş məşqçi Mustafa Ərin Toral həmləsi işə yaramadı”.
Xatırladaq ki, müdafiəçi bu matçda meydana 63-cü dəqiqədə çıxıb.
KƏNAN BAHADIR






