Londonda iş yerini dəyişəcək

29.09.2026 20:25 63
Dünya futbolu
Martin Subimendi bir neçə aydan sonra klubunu dəyişəcək.

"Football-plus.az" xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi yanvarda “Arsenal”dan “Çelsi”yə keçəcək.

“El Nacional”ın məlumatına görə, “Çelsi” 27 yaşlı futbolçu üçün təxminən 70 milyon avro təklif edəcək. Martin “zadəganlar”ın baş məşqçisi Xabi Alonsonun rəhbərliyi altında çıxış etməyə razıdı. O, artıq “Çelsi” ilə anlaşıb.

İspaniyalı futbolçu “Arsenal”a ötən ilin yayında “Real Sosyedad”dan keçib. O, əvvəlcə komandanın əsas heyətində müntəzəm oynasa da, son vaxtlar daha az şans qazanıb. Submendinin “Arsenal”la müqaviləsinin müddəti 2030-cu ilin yayınadək nəzərdə tutulub.