“Arsenal”a keçməyə çox yaxındı

28.04.2025 15:32 8
Dünya futbolu
Martin Subimendi böyük ehtimalla yayda klubunu dəyişəcək.

“Real Sosyedad”ın oyunçusu “Arsenal”a keçməyə çox yaxındı. ESPN-in yaydığı məlumata görə, yarımmüdafiəçinin transferi ilə bağlı danışıqlar sona çatmaq üzrədi. London klubunun ispaniyalı futbolçuya görə 60 milyon avro xərcə düşəcəyi gözlənilir. Subimendi bu mövsüm komandasında keçirdiyi 43 oyunda 2 qolun və 2 məhsuldar ötürmənin müəllifi olub.

Yeri gəlmişkən, “Arsenal” ötən yay “Real Sosyedad”ın digər oyunçusu Mikel Merinonu sıralarına qatıb.