“Barselona”nın hücumçusu Lamın Yamal Kilian Mbappenin rekordunu təkrarlayıb.
"Football-plus.az" xəbər verir ki, 19 yaşlı ispaniyalı futbolçu Çempionlar Liqasının liqa mərhələsinin 3-cü turunun PSJ ilə oyununda (2:4) turnirdə vurduğu qolların sayını 13-ə çatdırıb. Bununla da o, turnirin tarixində 20 yaşına çatmamış ən çox qol vuran futbolçular arasında Mbappe ilə eyni göstəriciyə nail olub.
Parisdəki matç Yamalın peşəkar karyerasında 200-cü oyunu kimi qeydə alınıb. O, cari mövsümdə Çempionlar Liqasında 2 qol vurub və 4 məhsuldar ötürmə edib.
Mbappenin rekordunu təkrarladı
Dünya futbolu




