Yamaldan daha bir rekord

4.09.2026 23:06 11
Dünya futbolu
Lamin Yamal rekordları yeniləməyə davam edir.

"Football-plus.az" xəbər verir ki, o, “Barselona”nın tarixində 50 və daha çox qol vuran ən yeniyetmə oyunçudu. 19 yaşlı vinger buna La Liqanın 3-cü turunun “Rayo Valyekano” ilə oyununda nail olub. “Barselona”nın 5:2 hesabı ilə qalib gəldiyi matçda dubl edən Yamal bununla 91 il davam edən rekordu yeniləyib. Buna qədər rekord əfsanəvi hücumçusu Xosep Eskolaya məxsus idi. O, 1935-ci ildə 20 yaş 356 günlük olarkən Kataloniya klubunun heyətində 50-ci qolunu vurmuşdu.

Yamal isə yeni rekordu 19 yaş 49 günlüyündə müəyyənləşdirib.