Lamin Yamal daha bir rekordun müəllifi olub.
"Football-plus.az" xəbər verir ki, o, “Barselona”nın La Liqada “Sevilya”ya 3:1 hesabıyla qalib gəldiyi matçda het-trik edən Rafinyaya iki məhsuldar ötürmə edib. Lamin bununla da La Liqada 2013/14 mövsümündən bəri 50 dəfə assist edən ən yeniyetmə futboçu kimi yeni rekord müəyyən edib.
19 yaşlı Yamal “Barselona”nın formasında keçirdiyi 159 oyunda 51 məhsuldar ötürmə edib. 19 yaş 68 günlüyündə 50 assistlik göstəriciyə çatan futbolçu “Real”ın oyunçusu Vinisius Juniorun rekordunu (22 yaş 298 gün) yeniləyib.
Yamaldan daha bir rekord
Dünya futbolu






