602 avro “Barselona” üçün ağır yükdü?

5.11.2026 12:54 27
Dünya futbolu
“Barselona” rəhbərliyi “Atletiko”nun hücumçusu Xulian Alvareslə danışıqlara görə tətbiq edilən 602 avro məbləğində cərimə ilə razılaşmayıb.

"Football-plus.az" xəbər verir ki, Kataloniya təmsilçisi cərimənin məbləğindən çox prinsipial məsələyə görə apellyasiya şikayəti verməyi planlaşdırır. Klub rəhbərliyi hər hansı qayda pozuntusuna yol vermədiklərini və danışıqlar zamanı düzgün hərəkət etdiklərini düşünür.

“Barselona” rəhbərliyi cəriməni gülünc hesab edir. Bununla belə, klub məsələni mənəvi və prinsipial baxımdan qiymətləndirərək ödəniş etməkdən imtina edir.

Qeyd edək ki, İspaniya Kral Futbol Federasiyası “Barselona”nı “Atletiko”nun şikayətindən sonra cərimələyib. Madrid klubu kataloniyalıların Xulian Alvareslə danışıqlar apararkən bu barədə futbolçunun çıxış etdiyi klubu məlumatlandırmadığını iddia edir. Reqlamentə əsasən, belə hallarda müvafiq qaydalara əməl olunmalıdı.