Klubu ilə yenidən anlaşdı

5.11.2026 11:31 27
Dünya futbolu
Kristian Pulişiç hazırkı komandasında daha uzun müddət oynayacaq.

"Football-plus.az" xəbər verir ki, ABŞ millisinin üzvü “Milan” ilə yeni müqavilə imzalayıb. İtaliya klubunun rəsmi saytının məlumatına görə, 28 yaşlı futbolçu komandada 2031-ci ilin yayına qədər çıxış edəcək.

Pulişiç cari mövsümdə A seriyasında 6 oyuna çıxıb, 2 qol vurub və 1 məhsuldar ötürmə edib. O, Avropa Liqasında da 2 matçda iştirak edib.

Amerikalı yarımmüdafiəçi “Milan”da 2023-cü ildən çıxış edir. O, İtaliya klubu ilə İtaliya Superkubokunun qalibi olub. Pulişiç daha əvvəl Dortmund “Borussiya”sı və “Çelsi”də oynayıb.