İspaniya La Liqasında oktyabr ayının ən yaxşı baş məşqçisi mükafatı uğrunda mübarizə aparacaq mütəxəssislərin adları açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, namizədlərin siyahısına “Real”ın çalışdırıcısı Joze Mourinyo, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone və “Real Sosyedad”a başçılıq edən Pelleqrino Mataratso layiq biliniblər.
Hər üç mütəxəssis oktyabr ayında komandalarına üç qələbə qazandırıb. Lakin onların qol statistikası fərqlənir. Simeonenin rəhbərliyi altında “Atletiko” rəqib qapılarından 4 qol keçirib, öz qapısında isə 1 qol görüb. “Real Sosyedad” 10 qol vurub, 5-ni buraxıb. Mourinyonun “Real”ı isə 7 qol vuraraq qapısında 2 top görüb.
Mükafatın sahibi azarkeşlərin və ekspertlərin səsverməsinin nəticələrinə əsasən müəyyənləşəcək.
Oktyabrın ən yaxşı məşqçisi kim olacaq?
Dünya futbolu





