“Şəki”nin yeni baş məşqçisi məlum oldu

5.11.2026 13:25 45
İdman
Ceyhun Həsənli “Şəki” basketbol komandasının baş məşqçisi vəzifəsinə gətirilib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Şəki basketbolunun yetirməsi olan mütəxəssis ötən mövsüm komandada türkiyəli Bedri Meriçin köməkçisi kimi çalışıb.

Azərbaycan Basketbol Liqası-2-nin yeni mövsümünə noyabrın 20-də start veriləcək.