İspaniya nəhəngi eyni əməlinə görə yenə cərimələndi

30.10.2026 15:35 54
Dünya futbolu
“Barselona” müəyyən məbləğdə ziyana düşüb.

"Football-plus.az" xəbər verir ki, İspaniya nəhəngi Xulian Alvareslə danışıqlar zamanı qaydaları pozduğuna görə 602 avro cərimə ödəməli olacaq. Buna “Atletiko”nun İspaniya Kral Futbol Federasiyasına ünvanladığı şikayət səbəb olub.

“Mundo Deportivo” qəzetinin məlumatına görə, qaydalar klublardan müqavilə ilə başqa komandaya bağlı olan futbolçu ilə danışıqlara başlamazdan əvvəl həmin kluba yazılı məlumat verməyi tələb edir.

Qeyd edək ki, “Atletiko” rəhbərliyi 2019-cu ildə Antuan Qrizmannın transferi ilə bağlı oxşar səbəbdən “Barselona”dan şikayət etmişdi. Həmin vaxt Kataloniya klubu 300 avro cərimələnmişdi.