Riçard Almeyda yenidən Bakıda - "Yaxşı övlad doğma evinə qayıdar"

5.11.2026 10:00 45
Ölkə futbolu
“Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Bakıya gəlib.

"Football-plus.az" xəbər verir ki, o, sosial şəbəkə hesabında Azərbaycan paytaxtından paylaşım edib.

“Yaxşı övlad doğma evinə qayıdar. Köhnə dostlarla görüşüb həsrətə son qoymaq, həmişə xoşbəxt olduğumuz yerdə gözəl anları yenidən yaşamaq…” - deyə Almeyda paylaşımında qeyd edib.

Xatırladaq ki, 37 yaşlı fufbolçu 2025-ci ildə ümumən 11 mövsüm oynadığı “Qarabağ”dan ayrılıb. O, hazırda vətəni Braziliyanın “Primavera” komandasında oynayır.