“Mançester Yunayted”: 38 il əvvəlki kimi...

5.11.2026 10:31 45
Dünya futbolu
“Mançester Yunayted”in uğursuz oyunlar seriyası davam edir.

"Football-plus.az" xəbər verir ki, İngiltərə nəhəngi premyer-liqanın 9-cu turunda “Çelsi”yə 0:2 hesabı ilə məğlub olub. Bununla da Maykl Kerrikin komandasının bütün turnirlərdə qələbəsiz oyunlar seriyası 9 matça çatıb. MY sonuncu dəfə 1988-ci ilin noyabrında belə uğursuz seriya ilə üzləşmişdi.

“Yunayted” son 9 matçda 3 dəfə heç-heçə edib, 6 dəfə məğlub olub. Komanda İngiltərə çempionatının cari mövsümündə keçirdiyi 9 oyunda yalnız 1 qələbə qazanıb.

Onu da qeyd edək ki, MY premyer-liqada artıq iki aydı qalib gələ bilmir. Komanda sonuncu qələbəsini avqustun 30-da “İpsviç” (5:2) üzərində qazanıb.