“Yuventus”un oyunçusunun aqibəti müəyyənləşdi

5.11.2026 12:23 27
Dünya futbolu
Fransisko Konseysaonun aqibəti müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, UEFA Portuqaliya millisinin futbolçusunu 3 oyunluq cəzalandırıb. Buna 23 yaşlı vingerin Millətlər Liqasının 4-cü turunda Norveçlə (2:1) matçda meydandan qovulması səbəb olub. Konseysao 86-cı dəqiqədə hakimə etirazlarına görə ardıcıl iki sarı vərəqə alaraq meydandan qovulmuşdu. O, meydanı tərk edərkən 4-cü hakimlə mübahisə etmişdi.

Beləliklə, portuqaliyalı futbolçu Danimarka və Uelslə Millətlər Liqası oyunlarını, həmçinin 2027-ci ilin martında keçiriləcək 1/4 final mərhələsinin ilk matçını buraxacaq.

Qeyd edək ki, Portuqaliya Futbol Federasiyası UEFA-nın qərarından şikayət verməyi planlaşdırır. “Yuventus”un futbolçusu hazırda zədə səbəbindən yaşıl meydanlardan kənardadı.