Noyabrın 3-də AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Premyer-liqanın 10-cu turunda “Qəbələ”nin qonağı olan “Qarabağ” marağlı cəza alıb. Belə ki, “köhlən atlar”ın heyətində çıxış edən Zakariya Savonun formanın arxasında soyadı Azərbaycan əlifbasında olmayan hərf ilə yazılıb. İsveçli futbolçunun soyadı “Sawo” kimi qeyd olunub. Bu səbəbdən Ağdam klubu 1500 manat cərimələnib.
Bəs, bu, sadəcə, texniki səhvdi, yoxsa futbolçu özü soyadının “Sawo” kimi yazılmasını istəyib. “Football-plus.az” bu suala cavab tapmaq üçün klubun mətbuat katibi Anar Həsənovla əlaqə saxlayıb:
“Futbolçu belə istəməyib, sadəcə, çap zamanı texniki problem baş verib”.
İSRAYIL XEYRULLAYEV