“Qarabağ”da Anar Hacıyevi kim əvəz edəcək?

14.10.2026 16:22 99
Ölkə futbolu
“Qarabağ”da kadr dəyişikliyi baş verib.

Belə ki, “köhlən atlar”ın İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz istəyi ilə klubdan ayrılıb. 2023-cü ilin sentyabrından çalışdığı vəzifədən ayrılan Hacıyevi kim əvəz edəcək? Mətbuat katibi Anar Həsənov onun işlərinin öhdəsindən gələcəksə, vəzifəsi və statusu dəyişəcəkmi?

“Football-plus.az” bu suala cavab tapmaq üçün “Qarabağ”ın direktoru Əmrah Çəlikəllə əlaqə saxlayıb:

“Bəli, Anar bəy öz istəyi ilə tuttuğu vəzifədən ayrılıb. Hazırda Anar Həsənov həmin işləri icra edir. O, hələ ki həmin statusla Anar Hacıyevin gördüyü işləri icra edəcək”.

İSRAYIL XEYRULLAYEV