Milan nəhəngi hazırda hücum xəttində müəyyən itkilərlə üzləşib. ''Qalatasaray''dan ayrıldıqdan bu yana klubsuz olan 33 yaşlı İkardi bu günlərdə verdiyi açıqlamada ''İnter''dən ayrılığının istədiyi şəkildə baş tutmadığını və hələ də bu kluba çox şey verə biləcəyini dilə gətirib.
Tanınmış argentinalı forvard 2013-20-ci illərdə ''neradzurra''nın şərəfini qoruyaraq hətta kapitan sarğısını daşıyıb və bu klubda 219 oyuna 124 qol vurub. Marotta bunları deyib:
''İkardinin yenidən klubumuzda oynamaq istədiyi barədə sözlərindən məlumatım yoxdu. Bizə heç bir şey söyləməyib. ''İnter''ə çox şey vermiş bir futbolçu olduğunu nəzərə alsaq, xoş düşüncədi. Amma düzünü desəm, İkardi planlarımıza daxil deyil. Eləcə də yeni forvard almağı planlaşdırmırıq. 4 hücumçumuz var və onlardan 3-nün eyni anda zədəli olması sadəcə təsadüfdü. Bunu şanssızlıq da adlandırmaq olar. Bu, bilirsiz hansı duruma bənzəyir? İlk iki qapıçının zədələnib 3-cü qapıçının oynamasına bənzəyir. Futbolda belə şeylər normaldı. Heç bir klubda 4-5 qapıçı olmur''.





