Təcrübəli futbolçu bu mövsüm iştirak etdiyi 14 rəsmi oyunda aktivinə heç bir məhsuldar ötürmə yaza bilməyib və əsas heyətdəki yerini itirib. Sane Yürgen Klopp tərəfindən sentyabr və oktyabrdakı oyunlar üçün yığma komandaya da dəvət almamışdı.
Hamann Saneni tənqid atəşinə tutaraq bunları deyib:
''Sane artıq ilyarımdı, Türkiyədə oynayır. Amma komandasına faydası çox azdı. Məncə, ''Qalatasaray'' fanatları Sanenin Almaniya yığmasının üzvü kimi transfer olunduğunu nəzərə aldıqda ondan daha çox şey gözləyirdilər. Ümidləri doğrulmadı. Onlar arasında sorğu keçirsək, ''sabah ayrılmasına ehtiyac yoxdu, elə bu gün ayrılsın'' cavabını verərlər. Bunun da günahkarı yalnız özüdü. Nə düşündüyünü, nə planlaşdırdığını bilmirəm. Keçən il ''Bavariya''da da qala bilərdi. Amma məncə, ''Bavariya'' ondan vaxtında qurtuldu. 18 aydı, ''Qalatasaray'' ondan heç bir fayda götürə bilmir. Düşünürəm ki, ''Qalatasaray'' onun Avropada sonuncu klubu olacaq. Avropada artıq onun heç bir gələcəyi yoxdu. Ən yaxşı halda Səudiyyə Ərəbistanı və ya ABŞ-yə yollana bilər''.





