Səbəb komandanın 23 nömrəli futbolçusu Rövşən Şahmuradovun formasında adının və ya soyadının yazılmaması idi. Buna görə də komitə klubu 3 min manat cərimələdi. Lakin növbəti turun “Qəbələ” ilə matçında yenə eyni hal təkrarlandı. “Şirlər”in həmin futbolçusu bu dəfə də formasında ad və ya soyadı olmadan meydana çıxdı. Bununla bağlı klubun baş menecerinin fikrini öyrəndik. Kamran İsmayılov saytımıza komitənin qərarlarının oyun günü çıxdığına görə futbolçunun formasına ad yazdırmağı çardıra bilmədiklərini dedi.
Maraqlıdı, İntizam Komitəsinin bu məsələyə münasibəti necədi? Qərarın oyun günü çıxması belə halın yaşanmasına səbəb ola bilər? Bu haqda məlumat almaq üçün AFFA İntizam Komitəsinin sədri Erkin Hüseynovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:
“Çempionat başlamazdan öncə PFL-in Əsasnaməsi və İntizam Komitəsinin məcəlləsi çıxır. Və bütün klublara paylanılır, onlar bununla tanış olur. Tutaq ki, İntizam Komitəsi həmin gün heç bir qərar çıxarmayıb. Qərarın çıxmaması Əsasnaməni pozmaq üçün səbəb ola bilərmi? Əsasnamədə yazılıb ki, mütləq qaydada formanın arxasında futbolçunun adı, soyadı və ya ləqəbi yazılmalıdı. Qərarın gec çıxması futbolçunun formasında ad, soyad və ya ləqəbinin yazılmamasına əsas vermir. Klub bunu boynundan niyə atır, başa düşmürəm. Belə çıxır, həmin işlə məşğul olan adam Əsasnaməni bilmir. Qərar saat 11.00-da çıxıb, 12.00-da isə sayta qoyulub. Oyun isə bundan 3 saat sonra baş tutub. Köynəyin arxasına adın yazılması çox az zaman tələb edən işdi. Bunun üçün aparatlar var, bir neçə dədiqəyə yazını formanın arxasına həkk edir. Ona görə də öz səhvlərini etiraf etsinlər, komitəni, AFFA-nı günahlandırmasınlar”.
ŞAİR ABDULLA



