Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Football-plus.az" xəbər verir ki, bu barədə PFL-in mətbuat xidməti məlumat yayıb.
İclasda Misli premyer-liqasının 2-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib. Qurumun qərarlarına əsasən, "Kəpəz” – “Karvan-Yevlax” oyununda qonaqların heyətində 4 nömrəli futbolçu Olavale Doyeninin futbol formasında adının yazılışında Azərbaycan əlifbasında olmayan hərfdən istifadə edildiyi, komandaya premyer-liqaya yeni gələn klub olduğuna görə ilk turda güzəşt olunmasına baxmayaraq analoji hal yenidən təkrarlandığı üçün “Karvan-Yevlax" 1500 manat cərimə edilib.
Həmçinin “Turan Tovuz” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan”ın heyətində 4 futbolçu sarı vərəqə aldığı üçün “qırmızı-ağar” 700 manat cərimələnib.