Bəs, komandanın düşərgəsində, həmçinin oyunun keçiriləcəyi Stavanger şəhərində ab-hava necədi? Dünən keçirilən oyunöncəsi son məşqdə zədələnən futbolçu olubmu? “Sabah”ı “Lays Arena”da neçə azərbaycanlı azarkeşin dəstəkləyəcəyi dəqiqləşibmi?
Bu suallarla klubun mətbuat xidmətinin rəhbəri Elnur Həmidova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:
“Hər şey qaydasındadı. Komandamız meydana çıxmağa hazırdı. Ab-hava da yaxşıdı. Hələ də yağıntı yoxdu. Oyunöncəsi məşqdə hansısa futbolçumuz zədələnmədi. “Sabah”a tribunalardan təxminən 300 tərəfdar dəstək verəcək”.
Xatırladaq ki, bu gecə “Lays Arena”nın bütün oturacaqları dolu olacaq. “Sabah” 16 minə yaxın azarkeş önündə meydana çıxacaq.
KƏNAN BAHADIR





