"Football-plus.az" xəbər verir ki, o, matçdan əvvəl təşkil olunan mətbuat konfransında layiqli oyun sərgiləmək üçün əllərindən gələni edəcəklərini deyib:
“Yalnız müdafiə xətti deyil, bütün komanda vahid mexanizm kimi fəaliyyət göstərməli və əlindən gələni etməlidi. Hər situasiyanın öz həlli var. Komanda yoldaşlarıma inanıram. Layiqli oyun göstərmək üçün əlimizdən gələni edəcəyik.
Biz rəqib haqqında nə qədər düşünürüksə, onlar da bizim haqqımızda bir o qədər düşünməlidi. Çempionlar Liqasındakı qoluma gəlincə, bu, özümə inamımı daha da artırdı. Heç nə asan olmur. Yenidən qol vurmaq şansım olsa, bundan yararlanmaq üçün hər şeyi edəcəm. Eyni zamanda müdafiədə də etibarlı oynamalıyıq”.

“Vikinq” – “Sabah” matçı noyabrın 4-dən 5-nə keçən gecə Bakı vaxtı ilə saat 00.00-da başlanacaq.